Gimnastlarımız Bolqarıstana getdilər

10, 10, 23
19:00

Gimnastlarımız Bolqarıstana getdilər

Bolqarıstanda keçiriləcək 31-ci Avropa yaş qrupları yarışında iştirak edəcək akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Varna şəhərinə yola düşüb.
 
Federasiyadan "Azərbaycan Reallığı"na verilən məlumata görə, yarışda Azərbaycanı Aysel Musayeva, Darya Pasmurnova, Fidan Mirzəyeva (12-18 yaş, qadın qrupu-1), Jasmin Əliyeva, Aylin Məmmədova və Ayan Hacılı (12-18 yaş, qadın qrupu-2) təmsil edəcək.
 
Qeyd edək ki, turnir 12-15 oktyabr tarixlərində təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın