Bakıdakı dünya çempionatında 400-ə yaxın idmançı iştirak edəcək

27, 10, 23
18:00

Bakıdakı dünya çempionatında 400-ə yaxın idmançı iştirak edəcək

Bakıda keçiriləcək hərbçilər arasında 36-cı dünya çempionatında 19 ölkə iştirakını təsdiqləyib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Mərkəzinin rəisi Elşən Mirzəyev mətbuat konfransında məlumat verib.

O bildirib ki, ümumilikdə 400-ə yaxın idmançının iştirakı gözlənilir.
 
“Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı fikirlərini bildirib: “Hərbçilər arasında 36-cı dünya çempionatının təşkilatçılığı da bizə həvalə olunub. Biz də çalışacağıq ki, qarşıdan gələn dünya çempionatında bu etimadı doğruldaq, ölkəmizi layiqincə təmsil edək. Güləş bizim ata idman növümüzdür. Bütün azarkeşləri, güləşsevərləri yarışda idmançılarımıza dəstək verməyə dəvət edirəm”.

Bizimlə əlaqə saxlayın