"Qəbələ" "Olimpiakos"a uduzub

09, 11, 23
10:00

"Qəbələ" "Olimpiakos"a uduzub

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

"Azərbaycan Reallığı"nın məlumatına görə, “qırmızı-qaralar” II təsnifat mərhələsində ilk matçına çıxıb.

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Yunanıstan klubu “Olimpiakos”u qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında cavab görüşü noyabrın 29-da Yunanıstanda keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.


Bizimlə əlaqə saxlayın