Futbolda yeni cəza növü tətbiq olunacaq - FOTO

29, 11, 23
12:00

Futbolda yeni cəza növü tətbiq olunacaq - FOTO

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) Premyer Liqa kimi yüksək səviyyəli yarışlarda reqbi üslublu tədbirlərin sınaqdan keçirilməsinə prinsipial olaraq öz təsdiqini verib.
 
"Azərbaycan Reallığı"nın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
 
Onun sözlərinə görə, sınaqlara növbəti mövsümdə başlana bilər.


Söhbət bir növ “narıncı vərəqə” sayılan 10 dəqiqəlik uzaqlaşdırmadan gedir: Bu həddindən artıq cəzaya (qırmızı vərəqə) layiq olmayan, lakin xəbərdarlığın (sarı vərəqə) da qeyri-kafi göründüyü pozuntular üçün nəzərdə tutulub.
 
Məsələn, son Avropa çempionatının finalında italiyalı müdafiəçi Corcio Kyelli İngiltərə millisinin oyunçusu Bukayo Sakaya qarşı kobud oyun nümayiş edib (onu tutaraq cinahda qaçmasına imkan verməyib) və bu, yalnız sarı vərəqə ilə nəticələnib.
 
Xatırladaq ki, IFAB hakimi təhqir edən oyunçuya görə 10 dəqiqəlik uzaqlaşdırma barədə düşünür. Həmçinin hakimə yalnız komanda kapitanının yaxınlaşmasına icazə verilməsi imkanları da nəzərdən keçirilib.
 

Bizimlə əlaqə saxlayın