Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün vacib oyuna çıxacaq

01, 12, 23
13:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün vacib oyuna çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.

“Azərbaycan Reallığı” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıblar, yığmamız isə 10 xalla liderdir.
Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.
C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın