Bu gün Çempionlar Liqasında qrup mərhələsi başa çatır

13, 12, 23
12:30

Bu gün Çempionlar Liqasında qrup mərhələsi başa çatır

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

“Azərbaycan Reallığı” xəbər verir ki, son olaraq E, F, G və H qruplarında oyunlar keçiriləcək.

E qrupunda İspaniyanın “Atletiko”, İtaliyanın “Latsio”, F qrupunda Almaniyanın “Borussiya” (Dortmund), G qrupunda İngiltərənin “Mançester Siti” və Almaniyanın “Leypziq” kollektivləri, H qrupunda isə İspaniya çempionu “Barselona” 1/8 finala vəsiqəni təmin edib.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
E qrupu
00:00. “Atletiko” (İspaniya) - “Latsio” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) - “Feyenoord” (Niderland)
Xal durumu: “Atletiko” - 11, “Latsio” - 10, “Feyenoord” - 6, “Seltik” - 1.
F qrupu
00:00. Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)
00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya)
Xal durumu: “Borussiya” - 10, PSJ - 7, “Nyukasl” - 5, “Milan” - 5.
G qrupu
21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə)
21:45. “Leyzsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə)
Xal durumu: “Mançester Siti” - 15, “Leypziq” - 9, “Yanq Boyz” - 4, “Srvena Zvezda” - 1.
H qrupu
00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya)
00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna)
Xal durumu: “Barselona” - 12, “Portu” - 9, “Şaxtyor” - 9, “Antverpen” - 0.

Bizimlə əlaqə saxlayın