“Səbail”in futbolçusu əməliyyat olunub

16, 12, 23
17:00

“Səbail”in futbolçusu əməliyyat olunub

“Səbail” klubunun futbolçusu David Qomis əməliyyat olunub.

“Dənizçilər”in Mətbuat Xidmətindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.


31 yaşlı yarımmüdafiəçinin əməliyyatının uğurlu alındığı vurğulanıb.


Qeyd edək ki, fransalı oyunçu Premyer Liqanın XVI turunda “Sabah”a 0:4 hesabı ilə uduzduqları matçın ilk hissəsində zədələnib.

Bizimlə əlaqə saxlayın