Messidən sonra Argentina millisində 10 nömrəli forma olmayacaq

30, 12, 23
13:30

Messidən sonra Argentina millisində 10 nömrəli forma olmayacaq

Lionel Messi Argentina milli komandasından ayrıldıqdan sonra onun köynək nömrəsi də təqaüdə çıxacaq.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia açıqlayıb. 


36 yaşlı Messi milli komandada 10 nömrə altında çıxış edir: "Messi milli komandadan gedəndə ondan sonra heç kimə 10 nömrə geyinməyə icazə verməyəcəyəm. Onun şərəfinə bu nömrə həmişəlik silinəcək. Bu, onun üçün edə biləcəyimiz ən az şeydir". 
 
Messi 2005-ci ildən Argentina millisində çıxış edir.

Bizimlə əlaqə saxlayın