İşdən çıxarılan sirk ustası: "Bilirdilər ki, mən Prezidentə şikayətimi bildirəcəm, ona görə də..."

07, 01, 24
18:00

İşdən çıxarılan sirk ustası: "Bilirdilər ki, mən Prezidentə şikayətimi bildirəcəm, ona görə də..."

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu gün Moderator.az saytına Emin Süleymanov adlı sirk ustasından şikayət daxil olub. Şikayətdə vətəndaş səbəbsiz yerə işdən çıxarıldığını qeyd edir.

Məktubu olduğu kimi təqdim edirik: 


"Mən 3 ildir ki, Bakı Dövlət Sirkində çalışırdım. Məni səbəbsiz yerə işdən çıxardıblar. Tək məni yox, mənimlə bərabər bir xanımı da işdən çıxartdılar. Yeni ilə 2 gün qalmış bizə yeni il hədiyyəsi etdilər. Soruşuram ki, niyə çıxardırsınız? İşin fəaliyyəti dayanır? Ştat bağlanır? Səbəb deyin mənə. Yalandan deyir ki, səhfiniz var.

Mənim heç vaxt səhvim olmayıb. Sadəcə, onlar bilirdilər ki, mən cənab Prezidentə teleqram vuracam, şikayətimi bildirəcəm, ona görə də tez bizi çıxartdılar işdən.  Bir il bundan qabaq da Prezidentə şikayətimi yazmışdım ki, maaşımız azdır. 300 manat maaş alırdıq. 3 ay sonra cavab gəldi, mənə dedilər ki, denən hər şey yaxşıdı. Elə deməsən, səni işdən çıxardacağıq. Məni bununla qorxudurdular. 
 
Çıxanda direktor əvəzi Nahid Ağayevdən, bədii rəhbər Vüqar Nuxovdan xahiş etdim  ki, bizi çıxartmayın. Mənim kreditim var. Onu nəylə ödəyəcəm? Bayram günüdür, kirayədə qalıram, idmançı adamam, niyə çıxardırsınız bizi səbəbsiz yerə?
Bədii rəhbər Vüqar Nuxov deyir ki, hara şikayət edirsən et, mən pulla bağlayacam hamısını, məhkəmə pulla deyil? Mən bağlayacam.
 
3 ildir orda işləyirəm, hara göndəriblər getmişik. Milli yaylaq festivalı oldu, bir il bundan əvvəl, hər yerə getmişik 1 qəpik pul verməyiblər bizə. Əslində, pul çatmalıdır bizə, amma vermirlər. Paltar almırlar, daş almırlar.

Pəhlivanın daşı olmalıdır. Amma daş alınmır. Niyə? İndi bizi çıxarıblar. Kirayədə qalan adamam, pis vərdişlərim yoxdur, pis nəsə təbliğ etmirəm. Bunlar məni bu günə saldılar. Xahiş edirəm bununla bağlı bizə dəstək olun. Haqq, ədalət öz yerini tapsın".
 
Mövzu ilə bağlı Bakı Dövlət Sirkinin Mətbuat katibi Gülşanə Mustafayeva açıqlamasında bildirdi ki, sözügedən əməkdaşla bağlı müqavilə üç aylıq bağlanıb. Xidməti müqavilənin vaxtı bitdiyi üçün əməkdaş işdən ayrılıb. Müqavilənin vaxtı uzadılmayıb.

Bizimlə əlaqə saxlayın