Akademiyada üzgüçülük hovuzu istifadəyə verildi

10, 01, 24
15:00

Akademiyada üzgüçülük hovuzu istifadəyə verildi

Yanvarın 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) üzgüçülük hovuzu istifadəyə verilib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, ADBTİA-nın rektoru Fuad Hacıyev və Akademiyanın əməkdaşları iştirak ediblər.


Mərasim zamanı üzgüçülük hovuzunun yenidənqurulması və tədris binasının əsaslı təmiri haqqında iştirakçılara ətraflı məlumat verilib. Qeyd edilib ki, hovuz Akademiyada üzgüçülük dərslərinin tədrisində effektivliyin artırılmasında mühüm rol oynayacaq.


Tədbir Akademiya tələbələri və su polosu üzrə milli komandanın üzvlərinin nümunəvi çıxışları ilə davam edib.

Bizimlə əlaqə saxlayın