Lifti qırılan bina Şərurlu İsfəndiyarın şirkətinə məxsus imiş… – ARAŞDIRMA

17, 01, 24
15:00

Lifti qırılan bina Şərurlu İsfəndiyarın şirkətinə məxsus imiş… – ARAŞDIRMA

Tofiq Bəhramov adına Respublika stadionu üçün Türkiyədən tavan gətiriləcək.

Bu barədə “Azərbaycan Reallığı”na açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.


O bildirib ki, ötən ilin dekabrında uçan dam örtüyünün bərpası üçün ora çıxan fəhlənin yıxılması nəticəsində qoparaq içəri düşən sektorlardan birinin tavanının cırılan hissəsi kəsilərək düzəldilib: “Sadəcə, bir böyük yırtıq var. Oranın da bərpası üçün detal Türkiyədə istehsal olunacaq. Ölçüləri artıq verilib. İstehsal edilib bura gətirilənə qədər müəyyən qədər vaxt alacaq. Bu yöndə işlər gedir”.


T.Məmmədov mərkəzi stadionun 2024-cü ildə keçiriləcək futbol matçlarına hazır olduğunu bildirib. O, qarın yağmasının da heç bir mənfi təsirinin olmadığını sözlərinə əlavə edib: “Əksinə, qarın yağması bizə xeyir verdi. Stadion hərtərəfli hazırdır”.


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda qış fasiləsindən sonra ilk oyun yanvarın 23-nə təsadüf edəcək. Həmin gün “Qarabağ” Premyer Liqanın XIX turu çərçivəsində “Araz-Naxçıvan”ı qəbul edəcək.

Bizimlə əlaqə saxlayın