Azərbaycanda futbolçuya “stop” qoyulur

22, 01, 24
16:30

Azərbaycanda futbolçuya “stop” qoyulur

Azərbaycanda futbolçulardan birinin ölkədən çıxışına “stop” qoyulur.

“Azərbaycan Reallığı”nın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Aliaksandr Niachayeu ilə bağlı iddia qaldırıb.


Məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.


İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, Aliaksandr Niachayeu “Sabah” futbol klubunun oyunçularından biri olub.

Bizimlə əlaqə saxlayın