“Sumqayıt” “Neftçi”ni konsertlə qarşılayacaq

02, 02, 24
15:30

“Sumqayıt” “Neftçi”ni konsertlə qarşılayacaq

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt” "Neftçi” ilə qarşılaşacaq.

"Azərbaycan Reallığı" xatırladır ki, bu, həm də Mehdi Hüseynzadə adına stadionda uzun illərdən sonra ilk matç olacaq. Təmirdən yeni çıxan və komandanın istifadəsinə verilən stadionda keçiriləcək ilk görüşü "Sumqayıt” xüsusi etmək niyyətindədir. Belə ki, oyundan əvvəl təşkil olunacaq konsert proqramında iki müğənni - Hiss və Murad Arif çıxış edəcək. 

Oyunun start fiti fevralın dördündə, saat 15.00-da səsləndiriləcək.

Bizimlə əlaqə saxlayın