"Qarabağ" tanınmış kadrı yüksək vəzifəyə gətirdi

12, 02, 24
14:30

"Qarabağ" tanınmış kadrı yüksək vəzifəyə gətirdi

"Azərbaycan Reallığı" xəbər verir ki, yaxınlarda «Qəbələ»nin baş meneceri vəzifəsindən istefa verən Nail Kərimovun işsiz günləri uzun çəkməyib.

O, daha əvvəl xəbər verdiyimiz kimi, «Qarabağ»ın yolunu tutub.

Təcrübəli funksioner Ağdam klubunda yüksək görəv alıb. 18 il «qırmızı-qaralar»a müxtəlif səviyyələrdə xidmət eləmiş Kərimov texniki işlər üzrə direktor təyin olunub.

Tanınmış kadr «köhlən atlılar»ın akademiya sahəsinə cavabdehlik daşıyacaq.

Bizimlə əlaqə saxlayın