Daha bir cüdoçumuz qızıl medal qazandı

19, 02, 24
12:30

Daha bir cüdoçumuz qızıl medal qazandı

"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Yarışın son günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb.

90 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.

Bu gün, həmçinin millinin digər üzvü - Camal Qamzatxanov (100 kiloqram) qızıl mükafat qazanmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.

Bizimlə əlaqə saxlayın