Xankəndi-Bakı ultra marafonuna start verilib

29, 02, 24
13:00

Xankəndi-Bakı ultra marafonuna start verilib

İlk dəfə keçirilən Xankəndi–Bakı ultra marafonuna start verilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin birgə təşkil etdiyi yarışdan öncə açılış mərasimi keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov Xankəndidə tarixi ana şahidlik etdiklərini vurğulayıb. 

"Tarixi hadisəni yaşayırq. Xankəndi marafonu idman həftəsi çərçivəsində həyata keçirilir. Bu həftə çərçivəsində tədbirlərə start verilib və tədbirlər 5 marta qədər davam edəck. 5 martda Quba şəhərində parad təşkil olunacaq.  Burada şəhid və qazilərin övladarı üçün xüsusi tədbirlər, qanvermə aksiyası olacaq" - o deyib.

Nazirlik rəsmisi bu münasibətlə hər kəsi təbrik edib: 

"Bizə bu günlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin".
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra marafona start verilib. Yarışın iştirakçıları 380 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.

Bizimlə əlaqə saxlayın