Tahir Süleymanov federasiya prezidenti seçildi

04, 03, 24
17:00

Tahir Süleymanov federasiya prezidenti seçildi

Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, beynəlxalq dərəcəli hakim, "Neftçi" klubunun sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilib. 

Bu, müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib. 

Qeyd edək ki, tanınmış futbol funksioneri 2010-2014-cü illərdə "Neftçi"nin vitse-prezidenti vəzifəsində çalışıb. 

Bizimlə əlaqə saxlayın