Dünyanın 10 ən bahalı yarımmüdafiəçisi

01, 04, 24
10:00

Dünyanın 10 ən bahalı yarımmüdafiəçisi

“Transfermarkt” internet portalı hazırda dünyanın ən bahalı 10 yarımmüdafiəçisinin reytinqini təqdim edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, reytinqdə birinci yerdə transfer dəyəri 180 milyon avro olan “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemdir. “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts beşinci yerdən ikinci yerə yüksəlib. “Bavariya”nın oyunçusu Camal Musiala, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Rodri sonrakı yerlərdə qərarlaşıb. Onlarının hamısının eyni transfer dəyəri var – 110 milyon avro.

Tam reytinq aşağıdakı kimidir:

Cud Bellinqem (Real Madrid, 180 milyon avro);
Florian Virts (Bayer, 110 milyon avro);
Camal Musiala (Bavariya, 110 milyon avro);
Deklan Rays (Arsenal, 110 milyon avro);
Rodri (Mançester Siti, 110 milyon avro);
Federico Valverde (Real Madrid, 100 milyon avro);
Martin Odeqaard (Arsenal, 95 milyon avro);
Qavi (Barselona, 90 milyon avro);
Eduardo Kamavinqa (Real Madrid, 90 milyon avro);
Orlean Tçuameni (Real Madrid, 90 milyon avro).

Bizimlə əlaqə saxlayın