Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər

11, 04, 24
15:30

Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər

Aprelin 12-də Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnir start götürəcək.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.
 
Xalçaya bədii gimnastika üzrə məşqçi Valentina Ukleynanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi çıxacaqlar.
 
Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.

Bizimlə əlaqə saxlayın