Atanur Cəfərli: Efarıyaya qapılmış insanlar anlamadılar ki, Xorvatiya böyük futbol ənənəsinə sahib olan ölkədir
Atanur Cəfərli: Efarıyaya qapılmış insanlar anlamadılar ki, Xorvatiya böyük futbol ənənəsinə sahib olan ölkədir
"Qarabağ FK" Qurban Qurbanovun sayəsində, o qədər böyüdü ki, Böyük futbol ölkəsi olan Xarvatya çempionuna uduzmasını həzm etməyən insanlar ortaya çıxdı.
Eyfariyaya qapılmış insanlar anlamadılar ki, Xorvatya böyük futbol ənənəsinə sahib olan ölkədir. Hətta, 5 milyonluq ölkənin 1 milyona yaxını futbol oynamaqla məşğuldur.
Nəzərə almaq lazımdır ki, "Dinamo Zaqreb" komandası 73 milyonluq komanda olaraq 35 futbolçudan ibarətdir, "Qarabağ FK" isə 15 milyonluq komanda olaraq 24 futbolçu ilə təmsil olunur.
Cənablar, fərq göz qabağındadır. Ondan əlavə, "Dinamo Zaqreb" böyük bir futbol akademiyasına malikdir ki, orda da yetişdirilən futbolçuların əksəriyyəti avropanın bir çox klublarına transfer edilir.
Pley-off mərhələsinin son oyuna olan rəylərin bəziləri çox sığıcı oldu. Öz sahəsinin qeyri peşakarları olanlar belə, Qurban Qurbanova nəyin necə etməsini məsləhət verməyə utanmadılar.
Qarabağ komandası özündən bir necə dəfə güclü olan komandalara qalib gəlməklə, elə bir rəy formalaşdırmışdır ki, sanki uduza bilməzlər...
Nəzərə alınmalıdır ki, son illərə qədər Qarabağ komandası futbolda geri qalan Azərbaycan komandası kimi tanınırdısa, keçən ilki "Braqa" və "Bayer Leverkuzin"lə olan oyundan sonra, artıq bu baxış dəyişib, ona görə də Qarabağla oynayan komandalar, oyunlara çox ciddi yanaşırlar.
Bu yazını uzun uzadı yazmaq da olardı, çoxlu real dəliləri də qeyd etmək olardı...
Məsələn, Azərbaycan çempionatının zəif olduğuna görə keyfiyətli futbolçuların komandaya transfer edilə bilinməməsini qeyd etmək də olardı...
P.S. Hər halda bu yazını başa düşənlər üçün yazdım, qərəzli yanaşanlar üçün yox.
P.S. Bütün reallıqları nəzərə alaraq, Azərbaycan futbolunu yüksəkliklərə qaldıraraq möcüzə yaradan, məşqçi yox, sözün əsil mənasında döyüşçü Qurban Qurbanovla qürur duyuram!