"İRƏVAN" futbol klubuna 5 oyunçu transfer olundu

21, 07, 23
09:00

"İRƏVAN" futbol klubuna 5 oyunçu transfer olundu


Bu gün " Şüa" idman-sağlamlıq kompleksində  "İRƏVAN " fk idarə heyətinin növbəti iclası keçirilib.

Tədbiri açan " İRƏVAN " fk-nun  idarə heyətinin sədri və klubun birinci vitse-prezidenti Zülfüqar Kazımov  ən əvvəl ölkəmizdə fəaliyyət göstərən mətbuat işçilərini  22 İyul - Milli Mətbuat Günü münasibətilə  təbrik edib, bu müqəddəs və şərəfli peşə sahiblərinə, çətin və məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Natiq çağdaş milli mətbuatımızın inkişafının ulu öndər Heydər Əliyevin adıyla bağlı olduğunu, mətbuata verdiyi yüksək dəyər və dəstəyin nəticəsində yüksələn inkişaf mərhələsinə qədəm qoyduğunu,davamlı dövlət dəstəyi ilə əhatə olunduğunu vurğulayıb.

Sonra "İRƏVAN "fk -nun prezidenti və idarə heyətinin üzvü Zahid Niyazəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində müasir idmanımızın ən yüksək inkişaf səviyyəsində qərar tutduğunu vurğulayıb Daha sonra Zahid Niyazəliyev ölkə idmanın qazandığı nailiyyətlərdən,"İRƏVAN "fk nun qısa bir zamanda beynəlxalq arenada tanınacağını qeyd edib.

Tədbirin sonunda komandaya yeni transfer olunan 5 futbolçu- Ruslan Hacıyev, Gülağa Əsədov,Nazim Məmmədzadə ,Asim Əlizadə və Əlirza Müştəbazadə ictimaiyyətə təqdim edilib. Məlumat üçün bildirək ki “İRƏVAN ” Futbol Klubu cari mövsüm 1-ci liqada mübarizəyə qoşulacaq.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək və “İRƏVAN” FK bu komandalar arasındadır. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.






AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın