"İrəvan" FK daha bir yeniliyə imza atdı - FOTOLAR

09, 08, 23
12:00

"İrəvan" FK daha bir yeniliyə imza atdı - FOTOLAR


"İrəvan " FK -nın futbol komandasından əlavə olaraq uşaq Futbol Akademiyasını da gücləndirir.Bu münasibətlə ASK Arenada klubun akademiyasına daha 5 idmançı  - Azər Natiq oğlu Şirinov, Dərya Mirzə oğlu Mirzəyev, Anar Zaur Quliyev, Əli Azər oğlu Hüseynov və Nurlan Tahir oğlu Qurbanov transfer olunub.

"Azərbaycan Reallığı" xəbər verir ki, kluba yeni qəbul olunan idmançıları ictimaiyyətə təqdim edən "İrəvan "FK-nın prezidenti Zahid Niyazəliyev bildirib ki, avqust ayının sonunadək bir neçə  tanınmış futbolçuların kluba transfer olunacağı da gözlənilir.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

"İrəvan "FK-nın mətbuat xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı









AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın