"İrəvan" Futbol Klubunda kadr dəyişikliyi olub - FOTO

26, 08, 23
09:00

"İrəvan" Futbol Klubunda kadr dəyişikliyi olub - FOTO


Belə ki,"İrəvan" FK-nun İdarə Heyəti "İrəvan"FK-nın baş məşqçisi Elbrus Məmmədovu istefaya göndərərək onun yerinə peşəkar futbolçu Nazim Süleymanovu  klubunun yeni baş məşqçisi təyin edib. Və 'İrəvan " Futbol Klubu Nazim Süleymanov ilə 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Nazim Süleymanov 8-9 yaşlarından "Neftçi"nin Sumqayıtdakı akademiyasında futbola başlayıb və 17 yaşında "Neftçi İSM"in komandasında debüt edib. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Avtomobilçi (Mingəçevir) klubunun heyətinə cəlb olunur.

İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası Neftçi klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.

Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Spartak Moskva, Jemçujina-Soçi kimi klubların adı var.

Nazim Süleymanov 2023-cü ildə dərc olunmuş Rusiya tarixinin ən çox qol vuran legionerlərin yeni siyahısında 10-cu yeri tutub. Süleymanov artıq 23 ildir legioner-bombardirlərin siyahısında yerini saxlayıb. O, bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır. Süleymanov "Spartak" Vladiqafqaz/"Alaniya" və "Jemçujina" klublarında meydana çıxdığı 150 oyunda (1991-2000-ci illərdə) 50 qol vurub.

Bu nəticə ilə o, hazırda 10-cu pilləni tutur Oyunçu karyerasının bitirən Nazim Süleymanov məqşçilik fəaliyyətinə start verib. Rusiya çempionatında yarışan Jemçujina-Soçi klubunun əvəzedici heyətinin məşqçisi təyin olunun Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır.

Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış Xəzər-Lənkəran klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. Nazim Süleymanovun daha sonra çalışdığı məkan Bakı futbol klubudur. O, həmin klubun gənclər komandasını çalışdırıb

2022-ci ilin sentyabrında o, “Ximki”nin gənclər komandasına başçılıq edib, 2023-cü ilin fevralından aprel ayına qədər “Ximki-M” İkinci Liqa komandasının baş məşqçisi olub, sonra “Ximki U19”a qayıdıb.

"İrəvan" FK-nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı 
 
 
AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın