"İrəvan" Futbol Klubuna professional futbolçuların transferi davam edir

04, 09, 23
11:00

"İrəvan" Futbol Klubuna professional futbolçuların transferi davam edir


"İrəvan" Futbol Klubuna bu gün də transfer olundu Belə ki, bir neçə gün ərzində baş məşqçi Nazim Süleymanovdan sonra Belarusiyalı tanınmış qapıçı Andrey Sinenko, məşhur futbolçu Samir Ələsgərov və Azərbaycan futbolunun misilsiz veteran qapıçısı Aleksandr Jidko gətirildi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında  Aleksandr Jidkonu klubun idarə heyətinin sədri Zülfüqar Kazımov və klubun prezidenti Zahid Niyazəliyevlə yanaşı tanınmış futbol mütəxəssisləri qarşılayıb Onu da qeyd edək ki veteran futbolçu komandamızın qapıçılar üzrə məşqçisi vəzifəsinə təyin olunub. Onunla rəsmi müqavilə imzalanacaq. Veteran qapıçı baş məşqçi Nazim Süleymanovun köməkçilərindən biri olacaq.

"İrəvan "FK-nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı



AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın