Uğuruna uğur qatan "İrəvan “ komandası - FOTOLAR

02, 10, 23
15:30

Uğuruna uğur qatan "İrəvan “ komandası - FOTOLAR


14 yaşlılar arası da Azərbaycan çempionatının  1-ci turu başlayıb.

"İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası yarış meydanında da özünü sınayıb.Komandanın ilk oyunu "Rekord Bakı " komandası ilə  olub.

Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol  komandası 3: 0 hesabılə "Rekord Bakı" komandasını məğlub edib.

Bundan əlavə  "İrəvan " nın region liqasında çıxış edən komandası Qubadlının "Xanlıq" komandası ilə üzləşib. Keçirilən yoldaşlıq görüşü də 6:3 hesabı ilə "İrəvan"ın  qələbəsi ilə başa çatıb.

Xatırladım ki,"İrəvan" FK nın 14 yaşlılardan ibarət komandasının  baş məşqçisi Elman Şəfiyev, "İrəvan " region komandasının baş məşqçisi isə Arif Abbasovdur.

Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, "İrəvan" FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov,"İrəvan"FK nın  prezidenti Zahid Niyazəliyev və vitse-prezidenti Həsən Həsənov  də olub.

Mübariz Süleymanlı: “İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri







AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın