Zelenski İlham Əliyevə zəng etdi

04, 10, 23
19:30

Zelenski İlham Əliyevə zəng etdi


Oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

Bildirilib ki, Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.

Telefon söhbəti əsnasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın