İranda “əxlaq polisi” 16 yaşlı qızı döyərək komaya salıb - KİV

05, 10, 23
09:30

İranda “əxlaq polisi” 16 yaşlı qızı döyərək komaya salıb - KİV


İranda “əxlaq polisi” Tehran metrosunda 16 yaşlı qızı döyüb.

"Azərbaycan Reallığı" «Pravda»ya istinadla xəbər verir ki, hücumdan sonra Armita Qaravənd koma vəziyyətində düşüb.

Hüquq müdafiəçiləri yeniyetmə qızın ölkədəki sərt hicab qanunlarına görə döyüldüyünü güman edirlər.

Armita 1 oktyabr 2023-cü ildə dostları ilə metroda gedərkən ağır yaralanıb. Qız ağır vəziyyətdə Fəcr xəstəxanasına aparılıb.

Şəbəkədə yayılan videoda avtomobilin içərisində baş verənlər görünməsə də, kameralar dostlarının huşunu itirmiş qızı necə tutmağa çalışdığını qeyd edib. “The Guardian” yazır ki, səs yazısında Armitanın hansı baş geyimində olduğunu görmək mümkün deyil.

Eyni zamanda dövlət mediası və Tehran metrosunun rəhbərliyi bildirir ki, Armita Qaravənd qan təzyiqi aşağı düşdüyündən huşunu itirib və vaqona çırpılıb.

Bizimlə əlaqə saxlayın