Qarnı ağrıyan qadının mədəsindən 1 kilo mismar çıxdı - Foto

19, 12, 24
12:00

Qarnı ağrıyan qadının mədəsindən 1 kilo mismar çıxdı - Foto


Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda yaşayan 52 yaşlı qadın qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılıb.

"Azərbaycan Reallığı" Türkiyə mətbuatına istinadla xəbər veir ki, xəstəni müayinə edən həkimlər onun qarın boşluğunda çox sayda metal əşya aşkarlayıblar.

Xəstə təcili əməliyyata götürülüb. Əməliyyat zamanı onun mədəsindən təxminən 1 kq ağırlığında mismar, inşaat dəmiri, boyunbağı, saç sancaq  və s. metal əşyalar çıxarılıb.

52 yaşlı xəstə A.K-nın əqli qüsurlu olduğu bildirilib.


Bizimlə əlaqə saxlayın