Zelenski biləsuvarlı Novruzovu təltif etdi - FOTO

09, 10, 23
16:30

Zelenski biləsuvarlı Novruzovu təltif etdi - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin silahlı qüvvələrində xidmət etmiş azərbaycanlı Elvin İlqar oğlu Novruzovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.

"Azərbaycan Reallığı" xarici mediaya istinadən xəbər verir ki, Novruzovun ailəsi Azərbaycanın Biləsuvar rayonundandır. 

O özü Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub boya-başa çatıb. Müharibənin ilk günlərindən Ukrayna silahlı qüvvələrinin sıralarında döyüş əməliyyatlarında iştirak edib, bu ilin əvvəlində Baxmut yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.



Bizimlə əlaqə saxlayın