Deputat komediya filminə çəkildi - FOTO

13, 10, 23
13:30

Deputat komediya filminə çəkildi - FOTO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Sırrı Süreyya Önder komediya filmində rol alıb.
 
"Azərbaycan Reallığı" "Diken"ə istinadən xəbər verir ki, Yaşıl Sol Partiyanı (YSP) təmsil edən parlamentarinin çəkildiyi film "Sur’da Devran" adlanır.
 
Haşim Aydemirin rejissorluğu ilə ərsəyə gələn ekran əsəri 90-cı illərdə Diyarbakır vilayətinin Sur rayonunda yaşayan və ağ bir göyərçinin dalınca düşən 3 gəncin hekayəsindən bəhs edir.
 
Qeyd edək ki, bu, Önderin çəkildiyi ilk film deyil. O, siyasi fəaliyyəti ilə yanaşı, həm də rejissor, ssenarist, aktyor və jurnalist kimi tanınır.


Bizimlə əlaqə saxlayın