"Baydenə ayaqqabı atan hər kəsə hədiyyə verəcəm"

19, 10, 23
14:30

"Baydenə ayaqqabı atan hər kəsə hədiyyə verəcəm"

Bağdadda ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atması ilə tanınan iraqlı jurnalist Muntazar əl-Zeydi Co Baydenə eyni şeyi edə bilən hər kəsə hədiyyə verəcəyini bəyan edib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, o, bunu "X" platformasında bəyan edib.
 
Muntazar əl-Zeydi 2008-ci ildə İraqa səfər edən ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atıb. O, bu hərəkətinə görə 9 ay həbsdə qalıb. 2011-ci ilə qədər isə ölkə xaricində yaşayıb.

Bizimlə əlaqə saxlayın