Dünyanın ən çirkli havası olan şəhərin adı açıqlandı

24, 10, 23
12:00

Dünyanın ən çirkli havası olan şəhərin adı açıqlandı

Hindistanın paytaxtı Yeni Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir.

“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə “Bloomberg” ekoloqlara və İsveçrənin “IQ Air” şirkətinin məlumatlarına istinadən yazıb.

Bildirilib ki, səlahiyyətlilərin bunla bağlı tədbirləri nəticə vermir.

Belə ki, Yeni Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda 177-yə çatıb. “IQ Air”in məlumatına görə, Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir.

Çikaqo Universitetinin araşdırması göstərib ki, çirkli hava ilə nəfəs almaq hindlinin ömrünü orta hesabla 5,3 il qısaldır.

Qeyd edilir ki, havanın çirklənməsinin bu səviyyəsinə şəhərətrafı ərazilərdə kənd təsərrüfatı tullantılarının aktiv şəkildə yandırılması, həmçinin nəqliyyat vasitələri və kömürlə işləyən elektrik stansiyalarının zərərli tullantıları səbəb olub.




Bizimlə əlaqə saxlayın