Uqandada Qənirə Paşayevanın xatirəsinə su quyusu açıldı - VİDEO

31, 10, 23
09:30

Uqandada Qənirə Paşayevanın xatirəsinə su quyusu açıldı - VİDEO

Uqandada Azərbaycan Milli Məclisinin mərhum deputatı Qənirə Paşayevanın xatirəsinə yeni su quyusunun açılışı olub.
 
"Azərbaycan Reallığı" Anadolu Agentliyinə istinadla xəbər verir ki, təşəbbüs Türkiyənin Afrika Dostları Dərnəyi (TADD) tərəfindən həyata keçirilib.
 
Quyu Cinja şəhəri yaxınlığındakı Navatumbi kəndində fəaliyyət göstərəcək.
 
Təmiz içməli su mənbəyinin açılış mərasimində TADD könüllüləri və yerli sakinlər iştirak ediblər.
 
Afrika Dostları Dərnəyi də kənddəki imkansız ailələrə qurbanlıq ət və süd keçiləri paylayıb.
 
TADD-nin rəhbəri Bilgehan Güntekin Anadolu Agentliyinin müxbiri ilə söhbətində bildirib ki, dərnək Türkiyə ilə Afrika ölkələri arasında təhsil, səhiyyə və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirmək, humanitar yardım göstərmək məqsədi ilə təxminən 10 il əvvəl yaradılıb.
 
Onun sözlərinə görə, təşkilatın səyləri ilə Afrikada bu günə qədər 600-ə yaxın su quyusu açılıb ki, onların da 300-dən çoxu Uqandadır.

Xatərladaq ki, millət vəkili Qənirə Paşayeva ötən ay dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın