Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

06, 11, 23
10:00

Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan ən müasir gəmilərindən birini batırıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat yayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər Kerçdəki “Zaliv” gəmiqayırma zavoduna zərbələr endirib. Zərbə nəticəsində gəmi batırılıb.

Qeyd edək ki, Krım rəhbəri Sergey Aksyonov noyabrın 4-də Ukrayna Silahlı Qüvvələrinin Kerç şəhərində gəmiqayırma zavodunu 15 qanadlı raketlə vurması barədə məlumat vermişdi. Aksyonov zərbələr nəticəsində zavodda yerləşən gəminin zədləndiyini bildirmişdi.


Bizimlə əlaqə saxlayın