Məşhur stadionu siçanlar basdı

24, 12, 24
12:30

Məşhur stadionu siçanlar basdı


İngiltərənin məşhur “Old Trafford” stadionunda qəribə hal yaşanıb. 75 min nəfərlik tarixi arenanı siçan və siçovullar basıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Premiyer Liqanın 17-ci turu çərçivəsində oynanan “Mançester Yunayted” – “Bormunt” matçı zamanı stadionun tamaşaçılar oturan hissəsində xeyli siçan görünməyə başlayıb. Arenanın daxilində dərmanlaşma işləri aparılır.

Qeyd edək ki, “Old Trafford” dünyanın ən böyük və tarixi stadionlarından biridir. 1909-cu ildə inşa edilən stadion “Mançester Yunayted”in simvollarından hesab olunur.


Bizimlə əlaqə saxlayın