Erməni blogerdən ŞOK İDDİA - Qaregin kilsələri fahişəxanaya çevirib

04, 12, 23
17:30

Erməni blogerdən ŞOK İDDİA - Qaregin kilsələri fahişəxanaya çevirib

“Moskvada 23 ildən çox işləmiş arxiyepiskop Ezras özünü keşiş kimi təqdim edib və bu ad altında Rusiyada reketçiliklə məşğul olan güclü cinayətkar mafiya yaratmağı bacarıb. Gəlin 1996-cı ildə inşasına başlanan, lakin nədənsə 2013-cü ildə başa çatdırılan erməni məbədi kompleksinin tikintisindəki kütləvi fırıldaqlardan başlayaq. Təsəvvür edin, Moskvada kilsə tikmək təxminən iyirmi il çəkir, ermənilər isə altı aya öz ticarət mərkəzlərini tikirlər”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə erməni bloger Roman Baqdasaryan Feysbuk səhifəsində yazıb.

“Tikintinin 2001-ci ildə başa çatdırılması planlaşdırılırdı. Qaregin (katolikos – red.) və qardaşı Ezras kilsə tikməkdən pul qazanmağa qərar verib, müxtəlif bəhanələrlə erməniləri “sağıb”, kilsə tikintisini 20 ilə yaxın uzatdılar. Hətta 2013-cü ildə Moskvanın vitse-meri Vladimir Resin erməni oliqarxları başına toplayıb onları biabır etməsəydi, məbəd təhvil verilməzdi. Resin demişdi: “Ermənilər, siz altı aya ticarət mərkəzləri tikirsiniz, amma iyirmi ilə yaxındır ki, bir dənə kilsəni tikə bilmirsiniz. Utanırsınız?” Əslində, Rusiyada erməni kilsələrinin tikilməsi ideyasının özü də Rusiyanın bütün regionlarında ermənilərin ciblərini boşaltmaq məqsədi ilə yaranıb. Ezras və dəstəsi zərgərlik dükanları, gözəllik salonları, banket kompleksləri olan bütün erməniləri dəhşətə gətirir, hədə-qorxu ilə pul alırlar. Bütün Nijni Novqorod erməniləri bunu bilir. Qaregin və qardaşı Ezras Moskvadakı kilsəni ticarət məntəqəsinə çevirərək oranı casus aurası ilə doldurdular. Onlar burada Rusiya FTX-yə erməniləri izləmə məntəqəsi yaradıblar.

Nəzərinizə çatdırım ki, Nevski prospektində kilsənin yaxınlığında yerləşən Sankt-Peterburqun erməni icmasına cavabdeh olan Ezras bandası və nəzarətçi Bako Saakyan erməni icmasının binasını mehmanxana və motelə çevirib. Sankt-Peterburqun bütün donjuanları fahişələri Nevski prospektindən erməni kilsəsinin həyətindəki erməni otelinə sürükləyirlər”, - o bildirib. (Axar.az)

Bizimlə əlaqə saxlayın