Soyuq havaya görə bu ölkədə onlayn təhsilə keçildi

14, 12, 23
11:00

Soyuq havaya görə bu ölkədə onlayn təhsilə keçildi

Qırğızıstanda soyuq hava ilə əlaqədar bütün təhsil müəssisələrində üzbəüz təhsilin dayandırılması və təlimin onlayn keçirilməsi qərara alınıb.

“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə Qırğızıstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə soyuq hava şəraiti ilə əlaqədar bu gündən gələn həftəyə qədər üzbəüz təhsilin dayandırılmasına qərar verilib.


Ölkənin Fövqəladə Hallar Nazirliyinə bağlı Hidrometeorologiya Xidmətindən verilən açıqlamada vurğulanıb ki, bəzi yerlərdə havanın temperaturu mənfi 35-dən aşağı düşəcək.

Bizimlə əlaqə saxlayın