Eyni vaxtda 1300 nəfəri işdən çıxaracaqlar

15, 12, 23
16:00

Eyni vaxtda 1300 nəfəri işdən çıxaracaqlar

Birləşmiş Ştatların avtomobil nəhəngi “General Motors” (GM) bildirib ki, yanvarın əvvəlində Miçiqandakı iki avtomobil zavodunda 1300 işçini ixtisar edir.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, ABŞ-ın ən böyük avtomobil istehsalçısı “”Chevrolet Bolt EV”nin istehsalını başa çatdıran və 2025-ci ilin sonunda elektrik yük maşını istehsalına başlayacaq “Orion Assembly” zavodunda 945 işçinin ixtisar ediləcəyi bildirilir. Bu müəssisədə gələn həftə “Bolt”un son partiyasının istehsalı nəzərdə tutulub.
 
“Lansing Grand River” zavodunda 1400 işçidən daha 350 nəfəri “Chevrolet Camaro” modelinin istehsalının başa çatması səbəbindən işdən çıxarılacaq, lakin zavod “”Cadillac CT4” və “Cadillac CT5” avtomobillərini istehsal etməyə davam edəcək. GM işdən çıxarılacaq saat hseabı ilə çalışan işçilərə digər fabriklərdə iş təklif ediləcəyini bildirib.


CM oktyabr ayında “Orion” zavodunda elektrik yük maşınlarının istehsalının bir il gecikdiyini açıqlayıb və buna görə də ixtisar zavodun bütün işçilərinə təsir göstərir. “Detroyt” avtomobili istehsalçısı 2024-cü ilin sonunda Detroyt şəhərətrafı zavodunda elektrik “Chevrolet Silverado” və “GMC Sierra”nın istehsalına başlamalı idi.
 
GM-nin icraçı direktoru Mari Barra gecikmənin avtomobil istehsalçısına "yük maşınlarını daha səmərəli və istehsalı daha ucuz, buna görə də gəlirli edəcək mühəndislik və digər dəyişikliklər etməyə" imkan verəcəyini söyləyib. 2035-ci ilədək qazla işləyən avtomobillərin satışını dayandıracağına söz verən GM, oktyabr ayında 2022-ci ildən 2024-cü ilin ortalarına qədər 400 min analoji avtomobil istehsal etmək hədəfindən imtina etdiyini bildirib.
 
GM-in rəqibi olan “Ford” da oktyabr ayında F-150 “Lightning EV”ni istehsal edən zavodunda bir növbəni müvəqqəti dayandırdığını bəyan edib.
 
“Ford” bu həftə tədarükçülərə 2024-cü ilin yanvar ayından başlayaraq həftədə təxminən 1600 elektrik “F-150 Lightning EV” yük maşını istehsal etməyi planlaşdırdığını söyləyib ki, bu da əvvəllər planlaşdırılan 3200 avtomobilin təxminən yarısıdır.

Bizimlə əlaqə saxlayın