“Sputnik Ermənistan” radiosunun efiri bir ay müddətinə dayandırılıb

21, 12, 23
11:00

“Sputnik Ermənistan” radiosunun efiri bir ay müddətinə dayandırılıb

“Sputnik Ermənistan” radiosu bir ay müddətinə efirdən məhrum edilib.

“Azərbaycan Reallığı”  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Televiziya və Radio Komissiyası radionun retranslyatoru “Tospa” radiostansiyasının lisenziyasını 30 gün müddətinə ləğv edib.

Komissiya başqa bir qərarda radionu minimum əmək haqqının 500 misli miqdarında, yəni, 500 min dram (və ya təxminən 1200 dollar) cərimələyib.
Komissiya hesab edir ki, “Audiovizual media haqqında” Ermənistan qanununun bir sıra müddəaları efirdə pozulub.

Bizimlə əlaqə saxlayın