Pentaqon: “Çin ABŞ-a preventiv zərbələrin sınağını keçirir”

17, 08, 18
12:49

Pentaqon: “Çin ABŞ-a preventiv zərbələrin sınağını keçirir”

ABŞ Pekinlə hərbi əməkdaşlıq edən Ukraynanı da cəzalandıra bilər


ABŞ Müdafiə Nazirliyi Çinin ABŞ və onun müttəfiqlərinə zərbə endirmək planlarını sınaqdan keçirməkdə şübhələndiyini bildirib.

Azerbaycanrealligi.com Musavat.com-a isitnadən xəbər verir ki, xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun Çin silahlı qüvvələrinin 2018-ci ildəki vəziyyəti ilə bağlı xüsusi raportunda Çin hərçbilərinin hərbi təlimlərin coğrafi dairəsini genişləndirdiyi qeyd olunub.
“Son 3 ildə ÇXR ordusu dənzüstü hərbi təlimlərin keçirildiyi zonaları daha da irəli çəkərək, strateji əhəmiyyətli okean rayonlarında əməliyyatların aparılması və güman ki, ABŞ-ı, onun müttəfiqlərini vurmaq üçün təcrübə toplamaqla məşğuldur”,- sənəddə deyilir.
Məruzənin müəllifləri hazırkı anda Pekinin güc nümayişi ilə Vaşinqtona hansı siqnal göndərmək istədiklərinin onlar üçün aydın olmadığını qeyd ediblər.
ÐаÑÑинки по запÑоÑÑ china navy
Digər yandan, ABŞ Çinlə hərbi əməkdaşlıq edən Ukraynanı xainlikdə suçlayıb.
"The Washington Times" qəzetinin yazdığına görə, ABŞ ekspertləri Ağ Evdən Çinə reaktiv mühərriklər satan Ukraynaya təzyiq göstərməsini tələb ediblər.
Xəbərdə deyilir ki, Ukraynanın “Motor Siç” şirkəti 2016-cı ildə Çinin JL-10 təlim döyüş təyyarələri üçün 250 mühərrikin verilməsi ilə bağlı ÇXR hökuməti ilə saziş bağlayıb.
Müqavilənin ümumi dəyərinin 380 milyon dollar olduğu deyilir.
ÐаÑÑинки по запÑоÑÑ JL-10 China
ABŞ Senatının beynəlxalq məsələlər üzrə keçmiş müşaviri Uilyam Triplet Ukrayna məhsullarının Çini reaktiv mühərriklərin istehsalı problemindən qurtardığını bildirib.
Onun sözlərinə görə, “bir yandan ABŞ vergi ödəyicilərinin pullarını götürən ukraynalılar, digər yandan onun hərbi donanmasının kürəyinə bıçaq saplayır”.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın