Bu ölkə məktəblərində üçüncü növbədə tədris tamamilə ləğv edildi - Nazir AÇIQLADI

28, 12, 23
09:30

Bu ölkə məktəblərində üçüncü növbədə tədris tamamilə ləğv edildi - Nazir AÇIQLADI

Rusiya məktəblərində uşaqların üçüncü növbədə tədrisi tamamilə ləğv edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Sergey Kravtsov Dövlət Şurasının iclasında bildirib.


Qeyd edilir ki, Rusiyada 1179 yeni məktəb tikilib. Kravtsovun sözlərinə görə, bu nəticə rekord göstəricidir. Həmçinin ölkədə 3,5 mindən çox məktəb əsaslı təmir olunub.


"Məktəblərdə üçüncü növbə tamamilə ləğv edilib, rekord sayda - 1179 yeni məktəb açılıb. 3,5 mindən çox məktəb təmir olunub", - deyə Kravtsov bildirib.


Daha əvvəl təhsil naziri məlumat vermişdi ki, rusiyalı müəllimlər “Müəllim və mentor ili”ndə dövlətdən 53 milyard rubl məbləğində dəstək alıblar. Regionlarda ümumilikdə 470-dən çox dəstək tədbiri həyata keçirilib.

Bizimlə əlaqə saxlayın