Kraliça Yeni il çıxışında taxtdan imtina etdi

01, 01, 24
10:30

Kraliça Yeni il çıxışında taxtdan imtina etdi

Danimarka kraliçası II Marqaret tacından imtina etmək qərarına gəlib.

"Azərbaycan Reallığı" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ənənəvi Yeni il çıxışında danışıb.


“Mən qərar verdim ki, indi doğru vaxtdır”, - deyə əlahəzrət kəskinləşən xəstəlikləri və kürəyindəki əməliyyatı əsas gətirib.


Qeyd edək ki, Marqaret kraliçanın taxta çıxmasının 52-ci ildönümündə, yanvarın 14-də Kopenhagendə tacını vəliəhd şahzadə Frederikə təhvil verəcək.


Xatırladaq ki, 83 yaşlı II Marqaret 1972-ci ildən Danimarka kraliçasıdır. O, hakimiyyətə gəldikdən sonra 1388-ci ildən 1412-ci ilə qədər hökmranlıq edən I Marqaretdən sonra Danimarkanın ilk qadın monarxı olub.

Bizimlə əlaqə saxlayın