Moskvada son 28 ilin ən soyuq gecəsi yaşanıb

02, 01, 24
13:00

Moskvada son 28 ilin ən soyuq gecəsi yaşanıb

Ötən gecə Moskvada 1996-cı ildən bəri yanvarın 2-si üçün ən soyuq hava temperaturu qeydə alınıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə  Moskva Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova öz Telegram kanalında bildirib.


"Dünən gecə Moskvada yanvarın bu tarixi üçün ən soyuq hava oldu; temperatur mənfi 20,2 dərəcə idi", - Pozdnyakova qeyd edib.


Onun sözlərinə görə, Moskvada sonuncu dəfə belə şiddətli şaxtalar 1996-cı ildə - mənfi 21,3 dərəcə olub.

Bizimlə əlaqə saxlayın