Tarixi qızıl sikkə satan iki nəfər saxlanılıb

04, 01, 24
10:00

Tarixi qızıl sikkə satan iki nəfər saxlanılıb

Özbəkistanın Surxandərya vilayətində satışı qadağan edilə tarixi qızıl sikkəni satan iki nəfər şəxs saxlanılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, həmin şəxslər üzərində "Peter Boqdanov - 1899" yazısı həkk olunmuş çəkisi 61,69 qram olan tarixi sikkəni 100 min ABŞ dollarına A.E. adlı kolleksiyaçıya satıblar.


Həmin şəxslər barəsində artıq Özbəkistan Baş Prokurorluğu tərəfindən, yerli cinayət məcəlləsinin 177-ci maddəsi (dövriyyəsi qanunla qadağan edilən valyuta ehtiyatını əldə etmə və ya satma) ilə cinayət işi açılıb, müvafiq istintaq hərəkətləri davam etdirilir.


Bizimlə əlaqə saxlayın