ABŞ-də 22 milyon ailə internetdən məhrum ola bilər

04, 01, 24
14:30

ABŞ-də 22 milyon ailə internetdən məhrum ola bilər

ABŞ-də 22 milyondan çox ailənin internetindən məhrum olacağı gözlənilir. Buna səbəb aşağı gəlirli insanlara genişzolaqlı internet təmin edən proqramın davam etməsinə maliyyə vəsaitinin ayrılmaması göstərilir.

"Azərbaycan Reallığı" “politico”ya istinadən xəbər verir ki, koronavirus pandemiyası zamanı aşağı gəlirli insanların genişzolaqlı internetdən faydalanmaq məqsədi ilə “Əlverişli Bağlantı Proqramı”nın icrasına başlanılıb və bu proqram federal hökumət tərəfindən maliyyələşdirilib.


Lakin Vaşinqtonda 22 milyondan çox ailənin faydalandığı subsidiya proqramının davam edib-etməyəcəyi ilə bağlı ciddi müzakirələr gedir. Çünki proqram 2020-ci ildə Konqresdə hər iki partiyanın dəstəyi ilə başladılıb. Ancaq indi onu davam etdirmək istəyən demokratlarla respublikaçılar arasında gizli savaş gedir. Çünki respublikaçılar belə bir proqramın davam etməsini ABŞ prezidenti Co Baydenə seçki kampaniyası ilində qələbə çalmasında çox böyük rol oyanaya biləcəyindən narahatdırlar.


“Politico” yazır ki, əgər Konqres yaza qədər “Əlverişli Bağlantı Proqramı”nı maliyyələşdirmək üçün bir yol tapa bilməsə, o zaman federal hökumət azgəlirli insanlar üçün nəzərdə tutulan genişzolaqlı rabitəni dəstəkləyən federal subsidiyanı aprel ayında dayandırmalı olacaq.

Bizimlə əlaqə saxlayın