Ötən il Almaniyanın sığınacaq verməkdən imtina etdiyi Azərbaycan vətəndaşlarının sayı məlum oldu

05, 01, 24
17:30

Ötən il Almaniyanın sığınacaq verməkdən imtina etdiyi Azərbaycan vətəndaşlarının sayı məlum oldu

Ötən il 1 438 nəfər Azərbaycan vətəndaşı Almaniyaya gedərək rəsmi Berlindən sığınacaq istəyib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Federal idarədən bildirilib ki, ötən il 667 Azərbaycan vətəndaşının qaçqın statusu ilə bağlı ərizəsinə mənfi cavab verilib. Onlara ölkəni könüllü tərk etmələri ilə bağlı müraciət olunub. Bəziləri isə edilən xəbərdarlığa baxmayaraq Almaniyada qa
nunsuz şəkildə yaşayıblar. Həmin şəxslərin işləri yerli inzibati məhkəmələrə göndərilib.

BAMF-nin məlumatına görə, 2023-cü ildə ümumilikdə 325 801 nəfər Almaniyaya gələrək sığınacaq üçün müraciət edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu, 60,3 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 21 287-si Almaniyada bir yaşa qədər doğulmuş uşaqlara aid olub.

Bizimlə əlaqə saxlayın