Milyarder qadına məxsus anbar yanıb: azərbaycanlı yaralanıb

13, 01, 24
14:30

Milyarder qadına məxsus anbar yanıb: azərbaycanlı yaralanıb


Sankt-Peterburqda "Wildberries" anbar kompleksində yanğın baş verib, yanğın sahəsi 50 min kvadratmetr ərazini əhatə edib.
 
"Azərbaycan Reallığı"  xəbər verir ki, bu barədə Rusiya  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının söndürülməsinə dördüncü dərəcəli mürəkkəblik verilib və  yanğının lokallaşdırılması üçün 112 xilasedici və 25 texnika cəlb olunub. Yanğının səbəbi hələlik məlum deyil.


"Wildberries" bildirib ki, şirkət rəhbərliyi bütün lazımi köməkliyi göstərir. “Malların dəyəri satıcılara ödəniləcək. Müştərilərə məlumat veriləcək”, - bazarın mətbuat xidmətindən bildirilib.


78.ru telekanalının məlumatına görə, yanvarın 10-da axşam anbar binası yaxınlığında miqrantlar arasında kütləvi dava baş verib. Nəticədə “Wildberries” şirkətinin əməkdaşı, 33 yaşlı Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib. 35 yaşlı işsiz Tacikistan vətəndaşı da yaralanıb və ona qarşı cinayət işi açılıb. Bundan sonra, telekanalın məlumatına görə, anbarda iki gün dalbadal reydlər keçirilib: polis əməkdaşları və Rusiya Qvardiyasının əməkdaşları əməkdaşların sənədlərini yoxlayıblar.


Qeyd edək ki, "Wildberries"in yaradıcısı Rusiyanın ən varlı qadını Tatyana Bakalçukdur. Onun varidatı 7 mlrd dollar həcmində dəyərləndirilir.

Bizimlə əlaqə saxlayın