Azərbaycanda tutulan fransız casus Makrona qarşı

16, 01, 24
12:00

Azərbaycanda tutulan fransız casus Makrona qarşı

Qalmaqallı həbsin yeni detalları; politoloq: “Fransa Azərbaycana münasibətini korrektə etmədikcə...”

Azərbaycan-Fransa münasibətlərində böhran davam edir. Bu da rəsmi Parisin əl çəkmək istəmədiyi ermənipərəst destruktiv siyasətlə birbaşa bağlıdır. Az öncə Bakıda Fransa əsilli casusun saxlanması və ardınca bu ölkənin iki diplomatının ölkədən qovulması ilə münasibətlər daha da gərginləşib.

Söhbət Martin Rayanın saxlanılmasından gedir. Artıq onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Olayla bağlı Fransa XİN iki dəfə diplomatik etiketi ayaqaltı edərək həddini aşan bəyanat verib, Azərbaycanı “özbaşınalıq”da qınayaraq, Rayanın əsassız saxlanıldığını və dərhal azad olunmasını tələb edib. Təbii ki, Bakıdan adekvat cavab gecikməyib.

Bu arada, Fransanın TF1 telekanalının yaydığı süjetdə bildirilir ki, Bakıda yaşadığı müddətdə yerli bir xanımla nişanlanmağa da macal tapan Rayan 2021-ci il mayın 17-də prezident Emmanuel Makrona açıq məktub göndərib və məktubda onu “Fransanın ermənipərəst diplomatiyasının son dərəcə yöndəmsiz və qərəzli bəyanatları ilə pozulmuş Fransa-Azərbaycan əlaqələrini normallaşdırmaq üçün qətiyyətli addımlar atmağa” çağırıb. Lakin məktub cavabsız qalıb.

2023-cü ilin yanvarında Rayan Bakı ilə İrəvan arasındakı münaqişə ilə bağlı Fransanın mövqeyini bir daha açıq şəkildə pisləyib. “Fransadakı erməni diasporunun radikal ünsürləri əsl anti-Azərbaycan kampaniyasına başlayıblar və yalan təbliğat aparırlar”, - o qeyd edib.

Əslində bunlar Rayanın alibi yaratmaq, iz azdırmaq cəhdləri olub. Lakin Rayanın bu və buna bənzər digər bəyanatları Azərbaycan hakimiyyətinin onu həbs etməsinə mane olmayıb. Casusun atası Riçard Rayan telekanala deyib ki, onun həbsi Qarabağ böhranı fonunda Paris və Bakı arasında son vaxtlar gərginləşən münasibətlərlə birbaşa bağlıdır. “Oğlum bir dəfə mənə dedi ki, ondan "peşka" kimi istifadə etmək istəyirlər", - atası vurğulayıb.

Rayanın vəkili isə əmindir ki, o, agent deyil, “sadəcə, sonradan öyrəndiyi kimi, Fransa kəşfiyyatının agentləri olan həmvətənləri ilə əlaqə saxlayıb”. Eyni zamanda vəkil bu işi “siyasi” də hesab etmir. TF1-in xəbərinə görə, Rayanı 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Fransanın dövlət orqanlarına yaxın, dövlətin qapalı qapılar arxasında olan məlumatlarının yayımlanması ilə məşhur olan, məqalələri abunə və ödənişli əsaslarla təqdim edilən “Intelligence Online” mətbu orqanı dünyada əsas müzakirə mövzularından birinə çevrilən Azərbaycanla Fransa arasında yaşanan son olaylara həsr olunmuş məqalə dərc edib (https://www.intelligenceonline.com/government-intelligence/2024/01/11/dgse-baku-post-taken-down-by-state-security-service,110136826-eve).

Trend.az Fransanın “Intelligence Online” nəşriyyatının həmin məqaləsinin məzmununu olduğu kimi təqdim edir:

- Azərbaycan və Fransa arasında diplomatik gərginlik intensivləşir. Xüsusi xidmət orqanlarının vurduğu zərbələrdən ilk zərbəni Milad bayramı ilə Yeni il arasında iki fransız diplomatını ölkədən çıxarmaqla Bakı vurdu. Reallıqda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti DGSE postunu faktiki olaraq likvidasiya etdi.

“Katiblə danışmaq olarmı?” Fransanın Azərbaycanın paytaxtı Bakıdakı səfirliyinin kommutatorunda kişi səsi tərəddüd etdi, həmkarı ilə məsləhətləşdi və cavab verdi: “O, artıq burada işləmir”. İyerarxiyada iki pillə aşağı olan başqa bir katiblə bağlı eyni sual da oxşar cavabla nəticələndi.

Diplomatik dəftərxana dekabrın 26-da qəfildən sıralarının azaldığını gördü. Həmin gün Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iclası çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvada olarkən Fransanın Bakıdakı səfiri Ann Boillon Xarici İşlər Nazirliyinə çağırıldı. Ona məlumat verildi ki, iki diplomat Azərbaycanda “persona non qrata” elan edilib və onlara çantalarını yığmaq üçün qırx səkkiz saat vaxt verilib. “Intelligence Online”ın məlumatına görə, Fransa səfirliyinin iki “katibi” diplomatik pərdə altında olan DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları olub.

Kəşfiyyat xidmətinin rəhbəri rusdilli rabitəçi idi. DGSE-nin Azərbaycandakı postunun ləğv edilməsi, buna Fransanın tez cavab verməsi və öz növbəsində Azərbaycanın Parisdəki səfirliyindən iki “diplomat” xaric etməsi - xidmət üçün yeni uğursuzluq idi. Bu, dekabrın əvvəlində Burkina Fasoda onun Texniki və İnnovasiya Direktorluğunun (DTI, keçmiş DT) dörd üzvünün həbsindən sonra baş verdi. Jeune Afrique (mətbuat qurumu) tərəfindən verilən məlumata əsasən, bu, ölkə xaricində kəşfiyyat sisteminin “dağıdılmasına” səbəb oldu.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakimiyyətə yaxın mediada bu iki şəxsin Azərbaycanda sabitliyi pozmağa yönəlmiş regional casus şəbəkəsinə aid olduğunu iddia edib. Bununla yanaşı, Bakı Fransanı 2020-ci ildə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibədə İrəvana verdiyi dəstəyə görə tənqid edir (18.09.23).

DGSE-nin bu məğlubiyyətləri Yelisey sarayını dərindən qəzəbləndirdi. Sahel ölkələrində Fransanın mövqelərinə xələl gətirən silsilə dövlət çevrilişlərindən sonra bu baş verənləri, Emmanuel Makronun diplomat Bernard Emieni Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad etməsi qərarını sürətləndirən amil kimi izah edirlər. O vaxta qədər DGSI-nin (Daxili Təhlükəsizlik Baş Müdirliyi) direktoru olan prefekt Nikolas Lerner, açıqladığımız kimi, dekabrın 20-də Nazirlər Şurasında onun yerinə təyin edildi (19/12/23). O, yanvarın 9-da vəzifəsinin icrasına başlayıb...

Bizimlə əlaqə saxlayın