“Eurovision” təşkilatçıları İsraillə bağlı QƏRAR VERDİ

19, 01, 24
10:00

“Eurovision” təşkilatçıları İsraillə bağlı QƏRAR VERDİ

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları İsraili iştirakçılar siyahısından çıxarmamaq qərarına gəliblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb .

"Bu, hökumətlər deyil, yayımçılar üçün bir yarışdır və İsrail yayım şirkəti 50 ildir ki, iştirak edir", - Avropa Yayım Birliyinin (EBU) cavabında deyilir.


Qeyd edilir ki, təşkilatçılar müsabiqəni musiqi vasitəsilə bütün dünyada tamaşaçıları birləşdirən siyasətsiz bir hadisə kimi saxlamağa sadiqdirlər.


Bundan əvvəl Finlandiyada musiqiçilər İsrailin “Eurovision”dan çıxarılmasını tələb ediblər. Onlar İsraili Qəzza zolağında hərbi cinayətlərdə ittiham ediblər.


Petisiyanın müəllifləri həmçinin "Yle" yayımçısını ikili standartlara görə tənqid ediblər, çünki onun nümayəndələri Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyanın “Eurovision”dan çıxarılmasını tələb edən ilk şəxslərdən olublar.

Bizimlə əlaqə saxlayın