Leninlə bağlı təklif Rusiyada aləmi bir-birinə qatdı

22, 01, 24
18:00

Leninlə bağlı təklif Rusiyada aləmi bir-birinə qatdı

Rusiyada prezidentliyə namizəd Leninin saxlandığı movzoleydən götürülərək anasının yanında dəfn edilməsi təklifi ilə çıxışı ölkədə ciddi siyasi qalmaqala səbəb olub.

LDPR lideri, Rusiyada prezidentliyə namizəd Leonid Slutski bildirib ki, artıq Vladimir Leninin vəsiyyətini yerinə yetirməyin və onu anasının yanında dəfn etməyin vaxtı çatıb.


"Azərbaycan Reallığı" xəbər verir ki, Dövlət Dumasının deputatı Sletski bu barədə öz Teleqram kanalında yazıb. O qeyd edib ki, mərhumun dəfn mərasimi xristianlar və sivil insanlar üçün mühüm ayin, hörmət və xatirənin təzahürüdür.


Onun bu açıqlaması ciddi qalmaqla səbəb olub. Rusiyalı kommunistlər bu fikrin kəskin əleyhinə çıxıblar. Onlar hətta LDPR liderinin deputat mandatından məhrum edilməsini tələb ediblər. 


Rusiya Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri Sergey Malinkoviç LDPR Partiyasının lideri Leonid Slutskinin deputat mandatından məhrum edilməsini tələb edərək Dövlət Dumasına müraciət edəcəyini açıqlayıb. 


O əlavə edib ki, bu, ictimaiyyətin böyük qəzəbinə səbəb olub. 


Qeyd edək ki, illər əvvəl həmin Liberal-Demokrat Partiyasının ovaxtkı lideri Vladimir Jirinovski Leninin cəsədini 1 milyard dollara satmağı təklif edib.


Xatırladaq ki, yanvarın 21-də Leninin ölümündən 100 il ötür. Rusiyada onilliklərdir ki, Leninin movzoleydəki cəsədi ilə bağlı müzakirələr davam edir.


Onu da əlavə edək ki, Rusiyada aparılan rəy sorğusuna görə, rusiyalıların 57%-i Leninin cəsədinin basdırılmasını vacib hesab edir.

Bizimlə əlaqə saxlayın